Əsas məzmuna keçin

24-10-2025

Adam işləməyə təzə başlayanda, qarşılığında da pul alanda bu ona ləzzət edir.

İşləməyə təzə başladığım dönəmdə səhərlər həvəslə işə gedərkən bir parkdan keçirdim. Bu parkda yaşlı bir kişi var idi. Hər gün eyni saatda, eyni yerdə olurdu.

Zamanla onu müşahidə etməyə başladım. Hərəkətləri, mimikası, oturduğu yer, baxdığı istiqamət, aldığı nəfəs də, hava da eyni idi. Fəsillər dəyişirdi, hava dəyişirdi, hətta ağaclar da dəyişirdi, amma o adamda dəyişən heç nə yox idi.

O adam üçün kədərlənirdim. Belə bir həyat mənim üçün kabus olardı.

Bir müddət sonra anidən fərqinə vardım ki, hər gün, eyni saatda, eyni yerdən keçən mənəm. Mən özüm ondan geri qalmıram, çünki onu bu qədər yaxından müşahidə edə bilmək üçün ən az onun qədər eyni olmalı idim.

Özümə onun gözündən baxdım. Bəlkə onun da mənə yazığı gəlirdi. Mən çox gənc ikən bu sonsuz dövrə düşmüşdüm. Bu eynilik mənim boğazımdan çox tez yapışmışdı.

Bəzi günlər o kişini orda görmürdüm, amma mən orda idim. Mən ondan daha yazıq və sıxıcı idim.

O gün aydınladım və həyatımı dəyişdim? Əlbəttə ki, yox.

Sadəcə yolumu dəyişdim!