Xoşuma gələn alleqoriyalar
Platonun araba alleqoriyası.
Platon deyirdi ki, yaşamaq iki atın qoşulu olduğu bir arabada səyahət etməyə bənzəyir. Atlardan biri ağdır, digəri qara. Biz isə arabını idarə edirik. Ağ at içimizdəki fəzilətin, yaxşılığın, qara at isə çirkin, qaranlıq arzularımızın simvoludur. Arabaçı yoluna davam edə bilmək üçün gərək atların ikisini də nəzarətdə saxlasın. Əgər atlardan birinə idarəni verib digərini öldürsək, onda araba aşacaq. Maraqlıdır ki, burda qara atın inkarı yox, varlığının qəbul olunması və nəzarətdə saxlanılması vurğulanır. Hamımızın içində qaranlığa meyil var, əgər biz bunu inkar edib, görməzdən gəlsək arabadan yıxıla bilərik.