Əsas məzmuna keçin

Digital Minimalizm

Siqareti dəfələrlə tərgidib daha sonra yenidən başlayan dostumu başa düşməkdə həmişə çətinlik çəkirdim. Bu qədər əhəmiyətsiz, asan və sadə bir vərdişi tək etmək niyə bu qədər çətin olsun ki? Daha sonra özüm sosial medianı tərk etməyə çalışanda eynisini yaşadım, və dəfələrlə işlətməmək qərarı alsamda sonda geri qayıdırdım. Əvvəl bunun sadəcə bir vərdiş olduğunu, öz vərdişimi dəyişə bilməkdə bacarıqsız olduğum üçün özümü də günahlandırdım. Bu mövzunu araşdıranda, mənim ki, çox insanın bundan əziyyət çəkdiyini öyrəndim və rahatladım. Bunun bu qədər çətin olmasının bir çox səbəbi var. Mən təkcə özümlə mübarizə aparmıram, həm də facebookda oturan və bütün işi mənim diqqətimi öz proqramlarına çəkməyə çalıan bir qrup insanla da mübarizə aparıram. Üstəlik bu insanlar mənim əksimə insan psixologiyası, davranışı üzrə mütəxəssidirlər. Sosial media şirkətləri hər il milyonlarl dollar pul xərcləyib insan davranışını, psixasını təhlil edib, öz proqramlarına daha çox vaxt keçirməsinə çalışırlar. Əslində mənim özümlə olan mübarizəmdəki uğursuzluğum silikon vadidə oturan hansısa bir facebook işçisinin uğuru imiş.

Sosial media fikirlərlə, əyləncə ilə, insan ilə dolu bir dənizdi və mən bu dənizin dərinliyinə girməkdən özümü saxlaya bilmirəm. Hətta bu sularda o qədər vaxt keçirmişəm ki, özüm də getdikcə həll olub suya qarışıram. Ortada mən deyə bir şey qalmayıb, danışdıqlarım, düşündüklərim, hiss etdiklərim hamısı dənizlə birgə baş verir. Hamı ilə bir sevinib, birgə də kədərlənirəm. Əsəbləşməli olduqlarımı, dəstəkləməli olduqlarımı sosial media dənizi mənim üçün seçir və öz azad seçimim imiş kimi göstərir. İndi mən özümü dənizdən çıxarmağa çalşıram, həm suya alışmış bədənim həm də dənizdəkilər məni geri çəkir.

  • social-validation feedback loop

İstehlakçı (consumer) mədəniyyəti: səhərdən axşama sadəcə bizə hazır təqdim olunan şeyləri sorğulamadn qəbul edirik. Sanki bir uyuşduru təsiri altındayıq. Həyatını geri almağın vaxtı çatdı.

Müəllif əvvəl bizə digital qarışıqlıqdan bunun ziyanlarından bəhs edir. Daha sonra minimalizm deyərəkən nəyi nəzərdə tutduğunu izah edir. Ən sonda isə bəzi praktiki həllər ilə daha fərqində/şüurlu istifadə edə biləcəyimizi göstərir. Əvvəllər dünyanın ən böyük şirkətləri neft və sənayə şirkətləri idisə, artıq bunlar sosial media şirkətləridir. Necə oldu ki, bizim diqqətimiz (attention) neftdən daha dəyərli bir xammal oldu, bunu da tarixçəsi ilə izah edir kitabda.

İnsanlarla real münasibət qurmaq vaxt və enerji tələb edir, biz isə daha tez və rahat olan like, comment kimi şeylərlər özümüzü məmnun edirik. Təbii olan insan münasibətləri isə daha uzun ömürlü və faydalı olur.

Sosial media rəhbərliyi onlara qarşı olan bu mübarizədən xəbərdardılra və aktivistlərlə mübarizə aparırlar. Məsələn hansısa elm adamlarına sosial media işlətməyin faydaları haqqında bir neçə məqalə yayımlayırlar. Müəllif isə deyir ki, bu şirkətlər bizə sosial medianı niyə istifadə etməli olduğumuzu çox yaxşı izah edirlər, amma necə isatifadə etməliyik heçnə demirlər. Vərdişləri anidən dəyişmək mümkün deyil, ona görə də yavaş-yavaş azaldaraq başlamağı məsləhət görür. Gündəlik vaxt limiti qoymaqla başlamaq olar.

Yalnızlıq (çatışmazlığı) Bu hissədə iki nüansa toxunur. Birincisi, özünü yalnız hiss edirsənsə bunun səbəbi sosial media ola bilər. Gənclər arasında keçirilən sorğu nəticələrinə əsasən, telefonu ilə, sosial media ilə vaxt keçirən insanlar özlərini daha çox yalnız hiss edirlər. Habluki sosial media bizi digər insanlarla birləşdirdiyini iddia edir.

Daha sonra müəllif maraqlı bir termin ortaya atır. Hər bir insanın yalnız qalmağa ehtiyacı var. Öz fikirləri ilə vaxt keçirməli, heç bir müdaxilə olmadan daxili dinclik tampalı. Əlimizdə olan telefonlar bizə imkan vermir ki, özümüzlə tək qalaq. Həmişə nəsə bildiriş, mesaj və ya bir məlumat axını var. Hətta heçnə olmayanda da qulaqlıqla nəsə dinləyirik. Daim beynimizə nəsə ötürürük və imkan vermirik ki, beynimiz biraz istirahət edib ona verdiyimiz məlumatları yerbəyer etsin. Necə hiss etdiyimizi, nə düşündüyümüzü də unutmuşuq artıq. Müəllif təklif edir ki, gün ərzində özümüzə tək qalma periodları təyin edək və bu zaman, telefonu evdə qoyub tək gəzintiyə çıxaq. Üstəlik bu yerdə tək başına gəzən dahilərdən çoxlu nümunələr də gətirir, Lincoln, Nitsşe və digərlirin bu cür tək gəzintilər də nə qədər creativ işlər ortaya qoyduğunu vurğulayər. Qısaca: Özünə tək qalmaq şansı ver!

Sorğulama Telefonunda olan hər bir proqoramı yenidən sorğula. Bir kağıza niyə işltəməli olduğun səbəbləri yaz, daha sonra bu səbələri ayrıayrılıqda düşün. Həqiqətən buna dəyərmi? Sərf etdiyin vaxt və diqqət qarşılığında aldığın şey nədir? Həmin vaxta başqa daha nələr etmək olardı?

Keyfiyyətli asudə vaxt

  • Boş vaxtlarında nə edəcəyini əvvəlcədən planla
  • Hər həftə hansısa bir eventdə iştirak et
  • Fəsillər üzrə fərqli fəaliyyətlər planla
  • Özünə asudə vaxt dostu tap (amma virtual olmasın)
  • telefon qarşısındakı vaxtını da əvvəlcədən planla
  • harda, nə qədər və necə işlədəcəyini düşün

5:30 Qaydası Hər gün bu saatda işdən evə gedən bir adamın, yolda keçirdiyi vaxtı sadəcə zəngli danışıqlara ayırmasını və bunu hamıya elan etməsin. Mənimlə əlaqə qurmaq istəyən hamı bu saatda mənə birbaşa zəng edə bilər.

Kitabdan bəzi praktiki təkliflər:

  • Like düyməsini klikləmə, bu səndə asılıq yaradır
  • Tamamilə silmək alınmırsa, daha yaxşı, daha az, daha limitli necə istifadə edə bilərəm sualını ver
  • İnsan münasibətləri artıq bis mesaj və bir neçə like-dan ibarət olub, sosial mediada çevrəmiz artdıqca insanlarla olan münasibətlərimiz səthiləşir. Artıq heçkimlə dərin münasibətlə qurub, söhbətlər edə bilmirk, çünki buna vaxtımız qalmır, vaxtımızı hər kəsə bölüşdürməyə çalışırıq.
  • Diqqət iqtisadiyyatını parçasına çevrilmə! (attention economy)
  • Telefondan silib, sadəcə komputerdə saxlamaq. facebook revenue 80% from phone
  • Sosial media paradoksu, həm səni insnlarla yaxınlaşdırır həm də uzaqlaşdırır.
  • 30 günlük fasilə verib daha sonra suallar verib hansını istifadə edəcəyinə qərar ver.
  • Digital minimalizm texnologiya ilə ünsiyəti kəsmək deyil. Daha şüurliu və faydalı formada istifadə anlayışıdır. Müəllifin dediyinə görə isə daha keyifiyətli həyat üçün bəzi qanunlardır.

Daha sonra araşdırmaq üçün mövzular:

  • texno filozof, texno fəlsəfə
  • Asılılığın elmi və növləri: davranış asılılığı, mental asılılıq, qida asılığı və s.
  • Diqqət müqaviməti hərəkatı (Attention Resistance)
  • FI 2.0 (bu haqda daha əvvəl qısa bir yazı yazmışdım)
  • Freedom tətbiqi (extension)
  • FOMO

Kitabda tövsiyyə olunan digər kitablar:

  1. Social: Why Our Brains Are Wired to Connect - Matthew D. Lieberman
  2. Solitude: In Pursuit of a Singular Life in a Crowded World - Michael Harris
  3. Solitude: A Return to the Self - Anthony Storr
  4. Irresistible: The Rise of Addictive Technology and the Business of Keeping Us Hooked - Adam Alter
  5. A Room of One's Own - Virginia Woolf
  6. Lead Yourself First: Inspiring Leadership Through Solitude - Michael S. Erwin and Raymond M. Kethledge

Əlavə oxu üçün: